satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar - FOTOLAR

Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar<font color=red> - FOTOLAR</font>

Naxçıvan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

NTV-nin məlumatına görə, 19–21 dekabr 2025-ci il tarixlərində Türkiyə Respublikasının Bitlis vilayətinin Tatvan rayonunda kikboksinq üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan, Türkiyə və İran Respublikalarından olan idmançıların iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikasını 2 nəfər məşqçi-müəllimin rəhbərliyi altında 27 nəfər idmançı təmsil edib. Naxçıvanlı kikboksçular turnirdə müxtəlif çəki dərəcələri üzrə yüksək nəticələr göstərərək mükafatlara layiq görülüblər.

Kəmər döyüşləri üzrə 48 kq çəki dərəcəsində Həsənli Polad, 55 kq-da Məmmədli Zenfira və 71 kq-da Alməmmədov Ravil I yerə layiq görülərək döyüşlərin qalibi olublar.

Kubok döyüşləri üzrə isə 51 kq çəki dərəcəsində mübarizə aparan Dadaşov Asim qalib adını qazanıb.

Kəmər döyüşləri üzrə Məmmədzadə Ziya (68 kq), Mehdizadə Hüseyn (60 kq), Əliyev Fərdi (51 kq), Rüstəmli Afiq (50 kq), Heydərov Əsgər (67 kq), Hüseynov Əli (105 kq), Nağılı Mərdan (65 kq) və Müslümov Oruc (42 kq) II yerin sahibi olublar.

Turnirin digər qarşılaşmaları üzrə Cavadlı Oğuz (37 kq), Kəngərli Qurban (42 kq), Şükürlü İlham (45 kq), Həziyev Turan (60 kq), Xəlilli Ayhan (52 kq), Cəfərzadə Rafiq (32 kq), Hüseynli Tural (28 kq), Seyidova Nuray (42 kq) və Rzazadə Nurlan (33 kq) I yerə layiq görülüblər.

Bu qarşılaşmalarda Qəribov Ləvənd Bulud (26 kq), Vəliyev Əli (47 kq), Qafarov Yusif (45 kq), Məmmədov Əmir (52 kq), Oruczadə Ayxan (58 kq) və Hüseynli Tunar (41 kq) isə II yerə layiq görülüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM