satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” Qazaxıstan, “Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaq

“Neftçi” Qazaxıstan, “Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaq

Mövsümün ikinci hissəsinə ölkə xaricində hazırlaşan "Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyunlarına çıxacaq.

NTV xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə toplanış keçən “ağ-qaralar” Qazaxıstan təmsilçisi "Kayrat"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" isə Macarıstanın "Pakş" kollektivi ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM