satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

NTV xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq meydana “Sumqayıt” və “Zirə” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Günün ikinci matçında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”i qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.

Bu raundun digər görüşləri martın əvvəlinfə təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM