satellite   Azerspace-1: 11135 H 30000

Dünya futbolunda “Qarabağ”ın müdafiəçisinə məxsus antirekord yenilənib

Dünya futbolunda “Qarabağ”ın müdafiəçisinə məxsus antirekord yenilənib

“Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyevə məxsus antirekord yenilənib.

NTV Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, 2025-ci ildə Peru millisinin və “Alianza Lima” komandasının müdafiəçisi Karlos Sambrano dünya futbolu tarixində bir təqvim ili ərzində nüfuzlu beynəlxalq klub turnirlərində 4 qırmızı vərəqə alan ilk oyunçu olub.

36 yaşlı futbolçu əvvəlcə Libertadores Kubokunda iki dəfə meydandan qovulub. Komandanın bu turnirdə mübarizəni dayandırmasından sonra Sambrano Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə bu halla üzləşib.

Beləliklə, müdafiəçi oynadığı 6 beynəlxalq matçda 4 dəfə meydanı vaxtından əvvəl tərk edib. Bu oyunların yalnız ikisində o, cəzadan yayınmağı bacarıb. Qeyd edək ki, bütün hallarda qırmızı vərəqələr iki sarı vərəqənin nəticəsi olub.

Xatırladaq ki, əvvəlki antirekord 2024-cü ildə Avropa Liqasında çıxış edən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevə məxsus idi. O, həmin il turnir çərçivəsində 3 dəfə qırmızı vərəqə almışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM