Gənclər və idman naziri Fərid Qayıbov fevralın 6-da Naxçıvan şəhərində şəhər və rayon sakinlərini qəbul edib.
NTV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
