satellite   Azerspace-1: 11135 H 30000

“Şərq qapısı” qəzetinin əməkdaşı Milli Məclisin mükafatına layiq görülüb

“Şərq qapısı” qəzetinin əməkdaşı Milli Məclisin mükafatına layiq görülüb

“Ulu Öndər Heydər Əliyevin adını daşıyan tədbirdə mükafata layiq görülmək mənim üçün  qürurvericidir”. 

Bu sözləri “Şərq qapısı” qəzetinin jurnalisti Bülbül Rövşənqızı NUHÇIXAN-a müsahibəsində deyib. 

O bildirib ki, 105 illik mətbu orqanın gənc jurnalisti kimi dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət yolundayıq. Çünki qələmin müqəddəs vəzifəsi xalqa və həqiqətə xidmət etməkdir. Hamımıza yaxşı məlumdur ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan gəncliyinin məqsədyönlü, dünyagörüşlü, savadlı yetişməsi üçün hər zaman xüsusi diqqət göstərib. Hazırda respublikamızda gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

“Biz gənclər də, öz növbəmizdə, dövlət qayğısından və yaradılan şəraitdən maksimum dərəcədə bəhrələnərək ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında baş verən proseslərin geniş oxucu kütləsinə çatdırılmasında fəallıq nümayiş etdiririk.  Fikrimcə, bu gün ölkəmizin gəncləri daha geniş imkanlara sahibdirlər. Bu imkanlardan istifadə edən biri kimi mən də çalışıram ki, öz qələmimlə bu inkişafın bir parçasına çevrilim.  “Şərq qapısı” qəzeti gənc jurnalistlər üçün böyük məktəbdir. Burada mənim kimi hər bir gənc əməkdaş həm təcrübə qazanır, həm də peşəkar komanda mühitində işləmək imkanı əldə edir. Mənim üçün belə bir mühitdə çalışmaq gələcək karyeram baxımından böyük perspektivdir. Düşünürəm ki, qarşımızda hələ uzun və mənalı bir yol var. Biz hələ ki, bu yolun başlanğıcındayıq, görməli olduğumuz işlər çoxdur. İnamla, qətiyyətlə daha böyük uğurlara doğru irəliləyəcəyik. Bu yolda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Əminəm ki, layiq görüldüyüm bu mükafat gələcək fəaliyyətim üçün böyük stimul olacaq”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Fransa ordunu gücləndirir

18:00 06.02.2026

Türkiyədə zəlzələ olub

16:10 06.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM