Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
NTV xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Marsel” klubunun sol cinah müdafiəçisi Amir Murilyo ilə anlaşıb. 30 yaşlı oyunçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün artıq İstanbula gəlib.
Panamalı futbolçu bu mövsüm “Marsel”in heyətində 25 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
