satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan güləşçiləri Türkiyədə keçirilən qarüstü qaraqucaq güləşi festivalında uğurla çıxış ediblər - FOTOLAR

Naxçıvan güləşçiləri Türkiyədə keçirilən qarüstü qaraqucaq güləşi festivalında uğurla çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan güləşçiləri Türkiyədə keçirilən qarüstü qaraqucaq güləşi festivalında uğurla çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan güləşçiləri Türkiyədə keçirilən qarüstü qaraqucaq güləşi festivalında uğurla çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan güləşçiləri Türkiyədə keçirilən qarüstü qaraqucaq güləşi festivalında uğurla çıxış ediblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Türkiyənin Artvin vilayətinin Şavşat rayonunda “Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı” keçirilib. Şavşat rayonuna bağlı Veliköy kəndində 300 illik qarüstü qaraqucaq güləşi ənənəsi 29-cu dəfə keçirilən beynəlxalq yarışla davam etdirilib. Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən 12 kateqoriya üzrə ümumilikdə 149 idmançının qatıldığı tədbir çərçivəsində qarla örtülü meydançada güləş yarışları təşkil olunub.

Azərbaycanı yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Hikmət Hüseynovun rəhbərliyi ilə “Naxçıvan” komandasının 6 idmançısı təmsil edib. Təmsilçilərimiz yarışın yekununda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Uşaqların yarışında Murad Hacızadə 35 kq çəki dərəcəsi üzrə birinci yerə sahib çıxaraq qızıl medal qazanıb. Rüzgar Məmmədov eyni yaş və çəki kateqoriyasında üçüncü olub. Böyüklərin yarışında Hüseyn Rzayev 85 kq çəkidə gümüş medal qazanıb. Murad Quliyev (70 kq), Qoca Əhmədov (90 kq) və Kəramət Xudiyev (90 kq) isə yarışı araq bürünc medalla tamamlayıblar. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM