satellite   Azerspace-1: 11135 H 30000

Qış Olimpiya Oyunları: Azərbaycan idmançısı mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: Azərbaycan idmançısı mübarizəyə başlayır

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

NTV-nin məlumatına görə, təmsilçilərimizdən Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.

Bu növ üzrə yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bu gün həmçinin dağ xizəyi, biatlon, məsafəyə xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.

Azərbaycanın digər təmsilçisi Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM