satellite   Azerspace-1: 11135 H 30000

"Neftçi" intizam pozuntularına görə AFFA tərəfindən cərimələnib

"Neftçi" intizam pozuntularına görə AFFA tərəfindən cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib.

NTV xəbər verir ki, buna Misli Premyer Liqasının XXII turunda "Şamaxı" ilə səfər matçında (2:2) yaşananlar səbəb olub.

"Ağ-qaralar"dan beş nəfər sarı vərəqə aldığına görə 700 manat ödəniləcək. Komandanın məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyuna buraxılmayacaq. "Neftçi" bu səbəbdən 5000 manat ziyana düşüb.

Bundan əlavə, "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda sözügedən klubun azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər Bakı təmsilçisi tərəfindən qarşılanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM