satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

Bakının ev sahibliyi edəcəyi “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından NTV-nin  sorğusuna cavab olaraq bildirilib ki, yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.

Qızların mübarizəsində Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı qüvvələrini sınayacaqlar.

Oğlanlar arasında isə Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə medal qazanmağa çalışacaqlar.

Mayın 14-16-da təşkil olunacaq “AGF Trophy”də Özbəkistan, Ukrayna və Macarıstandan gimnastlar, eləcə də neytral statuslu idmançılar (AİN) bacarıqlarını nümayiş etdirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM