satellite   Azerspace-1: 11135 H 30000

WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub - FOTOLAR

WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub<font color=red> - FOTOLAR</font> WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub<font color=red> - FOTOLAR</font> WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub<font color=red> - FOTOLAR</font>

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xüsusi interaktiv stendi qurulub.

NTV  xəbər verir ki, üzərində “FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” yazılmış stend beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Stenddə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, idmanın kütləviliyi, sağlam gənclik və inklüzivlik ideyaları ön plana çıxarılıb.

Xüsusi yaşıl örtüklə bəzədilmiş interaktiv zonada quraşdırılan mini qapıya penalti zərbələrinin endirilməsi üçün şərait yaradılıb ki, bu da xarici nümayəndələrin və qonaqların marağına səbəb olub. Forum iştirakçıları stendə yaxınlaşaraq həm futbol sahəsindəki layihələrlə tanış olur, həm də interaktiv idman oyunlarında aktiv iştirak edirlər.

Qeyd edək ki, futbol üzrə U-20 dünya çempionatı gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM