satellite   Azerspace-1: 11135 H 30000

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub

Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.

NTV xəbər verir ki, XX turun və mövsümün bağlanış matçında "Neftçi" İdman Klubunu 5:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub.

Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub. Eyni xala malik "Neftçi" İK isə əlavə göstəricilərə görə mövsümü Naxçıvan kollektivinin ardından ikinci bitirib.

Daha əvvəl "Baku Fire" çempionatın bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın Yüksək Liqada 20-ci çempionluğu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM