satellite   Azerspace-1: 11135 H 30000

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək

​Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF)  NTV-yə verilən məlumata görə, qurumun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.

Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

​Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM