satellite   Azerspace-1: 11135 H 30000

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstanla oyununa təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstanla oyununa təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində gerçəkləşəcək Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

AFFA-dan NUHÇIXAN-a bildirilib ki, C Liqasının 3-cü qrupunda keçiriləcək qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vanya Yankoviçə Staşa Şpur və Helena Buh köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandra Çesen yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM