satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2026-da penaltilər tarixində ən pis göstəricilər qeydə alınıb

DÇ-2026-da penaltilər tarixində ən pis göstəricilər qeydə alınıb

2026-cı ilin futbol üzrə dünya çempionatında penaltilərin reallaşdırılması göstəriciləri müvafiq statistikanın aparılmasından bəri turnir tarixində ən aşağı rəqəm olub.

NTV xəbər verir ki, bu barədə "Opta Analyst" məlumat yayıb.

Məlumata görə, əlavə vaxtlardan sonrakı penalti seriyaları da daxil olmaqla, futbolçular 59 penaltidən 20-sini qaçırıblar. Beləliklə, reallaşma göstəricisi cəmi 66,1 % təşkil edib ki, bu da 1966 - cı ildən bəri dünya çempionatları tarixində ən pis nəticədir.

Bu tendensiya ardıcıl bir neçə turnirdə davam edir: 2014-cü ildən bəri hər dünya çempionatında penaltilərin reallaşma nisbəti azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM