satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan parataekvondoçuları dünya reytinqinə başçılıq edirlər

Azərbaycan parataekvondoçuları dünya reytinqinə başçılıq edirlər

Dünya Parataekvondo Federasiyası idmançıların yeni reytinq siyahısını açıqlayıb.

Milli Paralimpiya Komitəsindən NTV-yə bildirilib ki, siyahıda Azərbaycanın bir neçə parataekvondoçusu mövqeyini yaxşılaşdırıb.

Paralimpiya çempionu İmaməddin Xəlilov 70 kiloqram çəki dərəcəsində 495,75 xalla liderliyini qoruyub.

Paralimpiya Oyunlarının bürünc mükafatçısı Sabir Zeynalov (58 kiloqram) isə iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı qızıl medallar sayəsində reytinqini 381,15 xala yüksəldərək ikinci pilləyə qalxıb.

Amin Əliyev (63 kiloqram) 52,91 xalla bir pillə irəliləyərək 21-ci sırada qərarlaşıb. Eyni çəkidə çıxış edən Amin Şıxalıyev isə 39,71 xalla 23-cü pillədə yer alıb.

Qadınların reytinqində Səmayə Həsənova (47 kiloqram) 42,32 xalla iki pillə irəliləyərək 20-ci yerə yüksəlib. Orxan Cəfərov (80 kiloqram) isə 45,83 xalla 24-cü pillədəki mövqeyini qoruyub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM