satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Futbol Assosiasiyası da İnfantinoya dəstəyini geri çəkməyə hazırlaşır

İngiltərə Futbol Assosiasiyası da İnfantinoya dəstəyini geri çəkməyə hazırlaşır

İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinonun 2027–2031-ci illər üçün yenidən təşkilatın rəhbəri seçilməsinə dəstəyini geri çəkməyə hazırlaşır.

NTV “Reuters”ə istinadla xəbər verir ki, bu qərar FIFA-nın dünya çempionatı da daxil olmaqla, öz bayrağı altında keçirdiyi yarışlardakı paylarının özəl investorlara satılması imkanını nəzərdən keçirməsi səbəbindən gündəmə gəlib.

Sözügedən təşəbbüs maraqlı tərəflərin ciddi etirazı səbəbindən ötən həftə dayandırılıb. Bundan sonra diqqət İnfantinonun yenidən prezident seçilmək planlarına yönəlib və onun namizədliyi daha ciddi müzakirə olunmağa başlayıb.

Bundan əvvəl Uels Futbol Assosiasiyası İnfantinonun namizədliyinə verdiyi dəstəyi rəsmi şəkildə geri götürən ilk milli federasiya olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM