satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

NTV xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olub.

Ağdam klubu III raundda Ukraynanın “Dinamo” (Kiyev) komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu mərhələdə ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM