satellite   Azerspace-1: 11135 H 30000

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

UEFA Superkubokunun qalibi müəyyənləşib.

NTV xəbər verir ki, Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirən görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunub.

Somalidən olan FIFA referisi Ömər Artanın idarə etdiyi qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa çempionunun heyətində qolları Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə Brayan Madjo fərqlənib.

Bununla da parislilər ardıcıl 2-ci dəfə UEFA Superkubokuna sahib çıxıblar.

Qeyd edək ki, ötən mövsüm PSJ Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM