satellite   Azerspace-1: 11135 H 30000

“Milan” və “İnter” yeni stadionlarını təqdim edib

“Milan” və “İnter” yeni stadionlarını təqdim edib

İtaliyanın “Milan” və “İnter” klubları yeni ev stadionları olacaq “Generali Stadium” layihəsini ictimaiyyətə təqdim ediblər.

NTV xəbər verir ki, arena 71 min 500 tamaşaçı tutumuna malik olacaq.

Yeni stadion futbolun ənənəvi atmosferini qorumaqla azarkeşlərə müasir və yüksəksəviyyəli təcrübə təqdim etmək məqsədilə layihələndirilib. Layihənin əsas xüsusiyyətləri arasında X formalı konstruksiya və ikiqat əyri dam örtüyü yer alır.

“Generali Stadium” Milan şəhərinin yeni memarlıq simvollarından birinə çevrilməyi hədəfləyir. Layihə hər iki klubun uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsidir.

Tərəfdaşlıq qlobal idman sahəsində ən böyük razılaşmalardan biri kimi qiymətləndirilir. İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “Generali” sığorta şirkəti ilə tərəfdaşlıq çərçivəsində hər iki klubun təxminən 20 il ərzində əldə edəcəyi ümumi gəlirin 650 milyon avro olacağı gözlənilir.

Bundan əlavə, “Generali” hər iki klubun rəsmi sığorta tərəfdaşı olacaq. Lakin şirkət beynəlxalq oyunlar zamanı stadionun ad hüququndan istifadə edə bilməyəcək.

Qeyd edək ki, “Generali” stadionunun tikintisinə 2028-ci ildə başlanılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM