satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

Fransada oktyabrın 31-də keçirilməsi planlaşdırılan etirazlarla əlaqədar ABŞ öz vətəndaşları üçün gücləndirilmiş təhlükəsizlik xəbərdarlığı elan edib.

NTV  xəbər verir ki, əvvəlki nümayişlərdə olduğu kimi, ABŞ-nin Fransadakı səfirliyi həftəsonu etirazlarından əvvəl öz vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı elan edib.

BFMTV-nin məlumatına görə, bu xəbərdarlıq əvvəlki zorakı toplantılar, talanlar və polisə hücumlar, habelə təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsi ilə müşayiət olunan iğtişaşlardan sonra edilib. ABŞ, həmçinin bəzi yerlərdə hələ də qüvvədə olan komendant saatı barədə xəbərdarlıq edib.

Birləşmiş Ştatların səfirliyi tövsiyə edib ki, vətəndaş özünü gözlənilmədən izdihamlı yerlərə yaxın ərazidə taparsa, ehtiyatlı davranmalı və oradan dərhal uzaqlaşmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM