satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün 39 cinayətin açılması təmin olunub

Ötən gün 39 cinayətin açılması təmin olunub

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isı saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 13 fakt müəyyən olunub.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə ümumi çəkisi 1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM