satellite   Azerspace-1: 11135 H 30000

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

Afrika Millətlər Kubokunun iki ildən bir keçirilməsi qərara alınıb.

NTV  xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi turnirin ikiillik formatını yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında yarışın dörd ildən bir keçirilməsi barədə qərar verilmişdi. Lakin yeni formatın maliyyə baxımından dayanıqlı olması üçün bir neçə il tələb olunacağına görə qərara yenidən baxılıb. CAF prezidenti Patris Motsepe bildirib ki, qərar Afrika futbolunun və milli assosiasiyaların maraqlarının qorunmasına xidmət edir.

Növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Sonrakı turnirlər 2028, 2031 və 2033-cü illərə planlaşdırılıb. 2030-cu ildə isə dünya çempionatı ilə əlaqədar yarış təşkil olunmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM