satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçuları Təl-Əvivdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Azərbaycan cüdoçuları Təl-Əvivdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq.

Azərbaycan milli komandası turnirdə yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM