satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəddir

“Qarabağ”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adına namizəddir

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

Monteneqrolu futbolçu ilə yanaşı, İtaliyanın “Fiorentina” komandasından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və “Trabzonspor”dan Trezege bu ada iddia edirlər.

M.Yankoviç Bakıda Belçikanın “Gent” klubuna 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Qeyd edək ki, “Qarabağ” və “Gent” komandaları arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM