satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: Fredrik Aursnes həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqası: Fredrik Aursnes həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” klubunun futbolçusu Fredrik Aursnes layiq görülüb.

Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliyanın “Milan” komandasından Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM