satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınan oyunların tarixi açıqlanıb

Türkiyə Super Liqasında zəlzələyə görə təxirə salınan oyunların tarixi açıqlanıb

Türkiyə Super Liqasında zəlzələyə görə XXIII turdan təxirə salınan oyunların tarixi açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, "Giresunspor" - "Kayserispor" və "Fənərbağça" - "Konyaspor" matçları fevralın 25-də, "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə bundan bir gün sonra keçiriləcək.

Bundan başqa, İstanbuldakı terror səbəbindən baş tutmayan XIV turun "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-da oynanılacaq.

Qeyd edək ki, zəlzələ səbəbindən “Hatayspor” və “Qaziantep” klubları Super Liqada çıxışını dayandırmağa qərar verib. TFF hər iki klubun gələn ildən Super Liqada iştirak edəcəklərini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM