satellite   Azerspace-1: 11135 H 30000

"Fənərbağça" baş məşqçisi ilə bağlı qərar verib

"Fənərbağça" baş məşqçisi ilə bağlı qərar verib

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşla bağlı qərar verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "TRT Spor"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandadakı işini davam etdirəcək.

Klubun bazasında İstanbul təmsilçisinin prezidenti Ali Koçla görüşən 69 yaşlı baş məşqçi istefaya göndərilməyəcək. O, Türkiyə Kubokunda "Kayserispor"a qarşı keçirəcəkləri oyunda komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, "Fənərbağça" ötən tur evdə "Beşiktaş"a 2:4 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra Jorji Jezuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM