satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçularımız dünya çempionatına Antalyada hazırlaşırlar

Cüdoçularımız dünya çempionatına Antalyada hazırlaşırlar

Azərbaycan cüdoçuları Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesinə böyüklərdən ibarət milli komandanın 23, gənclər yığmasının isə 14 üzvü qatılıb.

Cüdoçulara qurumun vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, əsas millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı mayın 7-13-də Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, aprelin 3-də start götürən hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Toplanışa aprelin 8-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM