satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 13:00-da Slovakiyada keçirəcək oyunda meydan sahibi komanda ilə qarşılaşacaq. Oyunu Serbiyadan olan baş hakim Marina Jivkoviç idarə edəcək. Ona Andrea Miloşeviç (Serbiya) və Despoina Demosthenous (Kipr) köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını kiprli İoanna Allayiotou yerinə yetirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM