satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Milanda İtaliya dueli, "Real Madrid" "Çelsi"ni qəbul edir

Çempionlar Liqası: Milanda İtaliya dueli, "Real Madrid" "Çelsi"ni qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, son oyun günündə keçiriləcək hər iki qarşılaşma eyni saatda başlayacaq.

Turnirin son qalibi olan "Real Madrid" İspaniyada "Çelsi"ni qəbul edəcək. Görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq.

Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, "Santyaqo Bernabeu" stadionu

23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "San Siro" stadionu

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM