satellite   Azerspace-1: 11135 H 30000

“Tirana”nın hücumçusu “Qarabağ”a keçəcəyini istisna etmir

“Tirana”nın hücumçusu “Qarabağ”a keçəcəyini istisna etmir

Adı “Qarabağ”la hallanan Albaniyanın “Tirana” futbol klubunun hücumçusu Florent Hasani Ağdam komandasına mümkün keçidi barədə danışıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, kosovalı forvard menecerinin bu işlə məşğul olduğunu deyərək, mövsümün sonunda karyerasını Azərbaycanda davam etdirə biləcəyinə eyham vurub: “Menecerim bu məsələ ilə məşğul olur. Azərbaycan çempionatını izləyirəm. Çox yaxşı çempionatdır. Qismət olsa, orada futbol oynayacağam. Hər şeyə yayda aydınlıq gələcək. Hələlik isə bütün diqqətimi “Tirana”nın oyunlarına yönəltmişəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM