satellite   Azerspace-1: 11135 H 30000

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, De Byazi toplantını erkən tərk edib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, De Byazi toplantını erkən tərk edib

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM