satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ağırlıqqaldıranlarının İrəvandakı Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub

Azərbaycan ağırlıqqaldıranlarının İrəvandakı Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub

Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM