satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar - FOTOLAR

Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar<font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar<font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar<font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar<font color=red> - FOTOLAR</font>

Lənkəran şəhərində kros qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvanı yarışda 2 idmançı təmsil edib. İl ərzində ardıcıl nailiyyətlərə imza ataraq ölkə birinciliklərində baş mükafatçı olan Aysu Abbasova bu dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Aysu 2 km məsafəni 8 dəqiqə 27.58 saniyəyə qət edərək gümüş medala sahib çıxıb.

Digər təmsilçimiz Əmrah Nağıyev də turniri ikinci sırada bitirib. Medal kolleksiyasına daha bir "gümüş" əlavə edən təcrübəli atlet 10 km məsafəni tamamlamaq üçün 35 dəqiqə 57.96 saniyə vaxt sərf edib. 

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. 

Yarışda "Bakı", "Naxçıvan", "Gəncə", "Bərdə", "İsmayıllı", "Xızı", "Lənkəran", "Astara", "Təhsil – RİM", "Təhsil 1" və "Təhsil 5" komandalarının heyətində ümumilikdə 170 idmançı iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM