satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: “Real Madrid” və “Milan” yarımfinalda

UEFA Çempionlar Liqası: “Real Madrid” və “Milan” yarımfinalda

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin iki iştirakçısı müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində iki cavab matçı keçirilib.

Turnirin son qalibi “Real Madrid” klubu İngiltərədə “Çelsi”nin qonağı olub. Madrid təmsilçisi ilk matçda olduğu kimi bu oyunda da 2:0 hesablı qələbə qazanıb. Hər iki qolu Rodriqo vurub. İki oyunun nəticəsinə görə, “Real Madrid” yarımfinala adlayıb.

Digər matçda İtaliya klubları - “Napoli” doğma meydanda “Milan” ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Viktor Osimxe, rəqib komandadan isə Olivye Jiru fərqləniblər. Lakin ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində yarımfinala adlayan tərəf “Milan” olub.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM