satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah yeni rekorda imza atıb

Məhəmməd Salah yeni rekorda imza atıb

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, misirli futbolçu buna Premyer Liqanın 31-ci turunda “Lids”lə oyunda dubl edərək nail olub.

Salah komandasının 6:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki qolu sol ayaqla vurub. Bununla o, Premyer Liqada sol ayaqla vurduğu qolların sayını 107-yə çatdıraraq, “Liverpul”un sabiq forvardı Robbi Faulerə məxsus (105) rekordu yeniləyib.

Qeyd edək ki, “Liverpul” hazırda 47 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM