satellite   Azerspace-1: 11135 H 30000

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Bu il İran və ABŞ-də keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub.

Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır: "Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı də güləşçilər üzərində təzyiqi artıracaq".

Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır.

Qeyd edək ki, İrandakı yunan-Roma güləşi üzrə Dünya Kuboku 24-25 noyabrda, ABŞ-dəki sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM