satellite   Azerspace-1: 11135 H 30000

İrəvanda qızıl medal qazanan türk atlet: "Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm"

İrəvanda qızıl medal qazanan türk atlet: "Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm"

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş dəvətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərməğan olsun", - deyə 49 kiloqramda qitə çempionu olan Bektaş paylaşımında yazıb.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM