satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatıb

Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatıb

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisində Formula 2-nin əsas yarışı başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 29 dövrənin tamamında "Prema Racing"in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.

"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.

"Hitech"dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM