satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Premyer Liqası: “Liverpul” dramatik matçda “Tottenhem”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” dramatik matçda “Tottenhem”i yenib

İngiltərə Premyer Liqasının 34-cü turunda 7 qolla yadda qalan matçda “Liverpul” öz meydanında “Tottenhem”dən üstün olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Enfild”də keçən oyunu Pol Tirninin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Mersisaydlılar oyunun ilk 5 dəqiqəsində 2 dəfə rəqibi məyus ediblər. Belə ki, Trent Aleksander-Arnoldun ötürməsi ilə ilk qolu Körtis Cons vurub, iki dəqiqə sonra isə meydan sahiblərinin üstünlüyünü Luis Dias artırıb.

15-ci dəqiqədə Yurgen Kloppun yetirmələri hesabı tamamilə sarsıdıcı hala gətiriblər. Məhəmməd Salah penaltidən fərqlənib.

Görüşün birinci yarısının bitməsinə 5 dəqiqə qalmış “Tottenhem” Harri Keynin səyi nəticəsində oyunda intriqanı dirçəldib – 3:1.

Matçın 77-ci dəqiqəsində Son Hın Min “mahmızlar”ın ikinci qoluna imza atır.

Matçın əsas vaxtına əlavə edilən dəqiqələrdə “Tottenhem”in hücumçusu Rişarlison hesabı bərabərləşdirib. Lakin 60 saniyədən sonra onun komandası yenə 4-cü dəfə məyus olub. Dioqo Jota “qırmızılar”a üç xal qazandırıb. Oyun 4:3 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Almaniyalı mütəxəssisin yetirmələri bu qələbə ilə turnir cədvəlində “Tottenhem” və “Aston Villa”nı geridə qoyaraq 5-ci pilləyə yüksəliblər. Londonlular isə bir pillə geriləyərək 6-cı pilləyə düşüblər. Onların aktivində 54 xal var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM