satellite   Azerspace-1: 11135 H 30000

Karateçimiz Ülvi Məmmədov Avropa çempionu olub - FOTOLAR

Karateçimiz Ülvi Məmmədov Avropa çempionu olub<font color=red> - FOTOLAR</font> Karateçimiz Ülvi Məmmədov Avropa çempionu olub<font color=red> - FOTOLAR</font>

Aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilib.

Avropa çempionatında milli komandamız da iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komandamızın kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Ülvi Məmmədov görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, dünya çempionu Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabrında Türkiyədə WSF üzrə dünya çempionatında gümüş, 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında isə Ü.Məmmədov dünya çempionu tituluna yiyələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM