satellite   Azerspace-1: 11135 H 30000

41 yaşlı İbrahimoviç “Milan”la müqaviləni uzatmaq niyyətindədir

41 yaşlı İbrahimoviç “Milan”la müqaviləni uzatmaq niyyətindədir

"Milan" futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya klubu ilə müqaviləsini uzatmaq istəyir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sky Sport Italia”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, təcrübəli hücumçu “Milan”la müqaviləni daha bir mövsüm uzatmaq niyyətindədir. Onun müqaviləsi 2023-cü ilin ortalarına qədərdir. Qeyd olunur ki, Milan klubu ilə razılaşmaq mümkün olmasa, İbrahimoviç özünə yeni komanda axtaracaq.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. Hazırda hücumçu "Milan"da çıxış edir. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM