satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024 Olimpiya Oyunlarının məşəli ilk olaraq Marselə gələcək

Paris-2024 Olimpiya Oyunlarının məşəli ilk olaraq Marselə gələcək

Fransanın ev sahibliyi edəcəyi Paris-2024 Olimpiya Oyunlarının məşəli ilk olaraq Marselin “Vieux Port” limanına çatacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Paris-2024 oyunları təşkilat komitəsi Olimpiya Oyunlarının məşəlinə ilk olaraq Marsel şəhəri ev sahibliyi edəcəyini bildirib. Olimpiyanın qədim mərkəzində alovlandırılan məşəl dəniz yolu ilə Marsel şəhərinə çatacaq və bu münasibətlə təntənəli tədbirlə festivala start veriləcək.

Marseldən sonra Olimpiya məşəli 3 ay ərzində Fransanın bütün regionlarından keçərək, Olimpiya Oyunlarına ev sahibliyi edəcək Parisə çatacaq. Marsel şəhəri qarşıdan gələn günlərdə bu haqda rəsmi olaraq məlumat verəcək.

Xatırladaq ki, Marsel şəhəri 2600 il əvvəl Fokiyadan (Phocee) olan yunanlar tərəfindən qurulub. Olimpiya məşəlinin ilk olaraq Marselə gəlməsi bu baxımdan rəmzi məna daşıyır. Həmçinin, dünyəvi idman mədəniyyətinə malik olduğu üçün Marsel Olimpiya məşəlini qəbul edəcək ilk şəhər kimi seçilib. Marselin 2024-cü ildə yelkənli qayıq yarışlarına və Velodrom stadionunda futbol yarışlarına ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM