satellite   Azerspace-1: 11135 H 30000

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin dil problemi ulduz futbolçuya mane olur. Ronaldo Madridə qayıtmaq niyyətindədir.

Portuqaliyalı hücumçu “Əl-Nəsr”ə keçməzdən əvvəl “Atletiko Madrid”də çıxış etməyə yaxın olub. Lakin klubun tərəfdaşları müqavilənin imzalanmasına qarşı çıxıblar.

"Real Madrid"in prezidenti Florentino Peres Ronaldoya klubun səfiri olmağı və ya klub rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

Qeyd edək ki, futbolçu 2009-cu ildən 2018-ci ilədək Madridin “Real” klubunun şərəfini qoruyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM