satellite   Azerspace-1: 11135 H 30000

Boksçumuz Ümid Rüstəmov dünya çempionatına qələbə ilə başlayıb

Boksçumuz Ümid Rüstəmov dünya çempionatına qələbə ilə başlayıb

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib. 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ü.Rüstəmov növbəti görüşündə türk Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq.

Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlı (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuor (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM