satellite   Azerspace-1: 11135 H 30000

Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb

Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (P2) yarışında ikinci yeri tutub.

Millinin digər üzvü Yelena Taranova da finala vəsiqə qazanıb və yarışı beşinci yerdə başa vurub.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM