satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi UEFA inkişaf turnirinə qələbə ilə başlayıb

Azərbaycan millisi UEFA inkişaf turnirinə qələbə ilə başlayıb

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində bu gün ilk oyununu keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıblar.

Komandamızın qollarını 50-ci və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurublar.

Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM