satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messinin PSJ-ni tərk edəcəyi dəqiqləşib

Lionel Messinin PSJ-ni tərk edəcəyi dəqiqləşib

Argentina millisinin kapitanı Lionel Messinin cari mövsümün sonunda Fransanın PSJ komandasını tərk edəcəyi dəqiqləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 36 yaşlı hücumçu yayda Paris təmsilçisi ilə başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq. Təcrübəli forvardın atası Xorxe Messi oğlunun qərarını ötən ay klub rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, PSJ evdə "Loryan"a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra komandanın düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanan Lionel Messini iki həftəlik futboldan kənarlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM